Almaniya millisinin üzvü İngiltərədə

12:52 - 17 İyun 2023

"Brayton" "Borussiya"dan Mahmud Daudu heyətinə qatıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu İngiltərə klubuna azad agent kimi keçib.

Onunla dörd illik müqavilə imzalanıb. Daud "Borussiya"nın (Münhenqladbax) yetirməsidir və 2017-ci ildə Dortmund klubuna keçmişdi. 1996-cı ildə Suriyada dünyaya gələn Mahmud 2020-ci ildən Almaniya millisinin formasını geyinir.

Xəbər xətti