Millimizə qol vuran futbolçu Almaniyada komandasını dəyişdi

12:51 - 24 İyun 2023

Avstriya millisinin üzvü Kristof Baumqartner Almaniyada komandasını dəyişib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, avstriyalı yarımmüdafiəçi "Hoffenhaym"ı tərk edərək "Leyptsiq"lə anlaşıb.

Yarımmüdafiəçi "Çelsi"yə keçmiş Kristofer Nkunkunun boşluğunu doldurmağa çalışacaq.

Kristofla beş illik müqavilə imzalanıb. Transferin məbləği açıqlanmasa da, “öküzlər”in 23 yaşlı oyunçu üçün 24 milyon avro ödədiyi iddia edilir.

Baumqartner Avstriya millisinin heyətində AVRO-2024-ün seçmə mərhələsinin ilk turunda Azərbaycanla görüşdə komandasının qollarından birini vurub. Matç avstriyalıların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər xətti