Almaniya Bundesliqasında 2022/2023 mövsümünün ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, "Ayntraxt"ın forvardı Randal Kolo-Muani bu ada layiq görülüb.
Fransa millisinin hücumçusu səsvermədə (24,2 faiz) hamını qabaqlayıb.
Cud Bellingem ("Borussiya") ikinci, Fulkruqu ("Verder) isə üçüncü olub.
Muani başa çatan mövsümdə Almaniya Bundesliqada 32 matçda 15 qol, 14 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi