"Kapitan sarğısından imtina etmək qərarına gəldim"

14:47 - 7 İyul 2023

"Əslində, bu barədə çox düşündüm və kapitan sarğısından imtina etmək qərarına gəldim".

Sportal.az xəbər verir ki, bu sözləri "Borussiya”nın yarımmüdafiəçisi Marko Roys deyib. Dortmund klubunun aparıcı üzvü artıq komandanın kapitanı olmayacaq. Almaniyalı futbolçu verdiyi qərarı bununla əlaqələndirib:

"Beş il şərəflə kapitan sarğısını danışımışam. Əminəm ki, layiqli kapitan tapılacaq".

34 yaşlı futbolçunun Dortmund klubu ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.
 

Xəbər xətti