PSJ-dən "Borussiya"ya

13:36 - 10 İyul 2023

"Borussiya" PSJ-nin üzvü Uorren Zair-Emerinin transferini həyata keçirməyə yaxındır.

Sportal.az "RMC Sport"a istinadən xəbər verir ki, Dortmund klubunun rəsmiləri 17 yaşlı futbolçu üçün Paris rəhbərliyi ilə razılıq əldə edib.

Adıçəkilən futbolçu "Mançester Siti" və "Arsenal"ın da maraqlanır. PSJ isə onu maksimum icarəyə verməyə razıdır.

2022/2023 mövsümündə Zaire-Emeri PSJ-nin heyətində iki qol vurduğu bütün yarışlarda 31 oyun keçirib. Futbolçunun Paris klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimi qüvvədədir.

Xəbər xətti