"Borussiya"dan 8 milyonluq transfer

13:11 - 12 İyul 2023

"Borussiya" (Münhenqladbah) yeni transferi həyata keçirib. 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Münhenqladbax təmsilçisi "Brest"dən Frankt Honoratı heyətinə qatıb. 

Bundesliqa klubu transfer üçün fransızlara 8 milyon avro ödəyib. 26 yaşlı vinger ilə 5 illik müqavilə imzalanıb.

Fransalı “Soşo”, “Klermon”, “Sent Etyen”də oynadıqdan sonra 2020-ci ildə "Brest"ə keçib.

Xəbər xətti