PSJ-nin mərkəz müdafiəçisi El-Şaday Bitşiabu karyerasını “Leyptsiq”də davam etdirəcək.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, PSJ-nin yetirməsi olan futbolçu indiyə qədər əsas komandada 19 oyun keçirmişdi.
18 yaşlı fransız futbolçu "Leyptsiq"lə 2028-ci ilin iyununa qədər müqavilə imzalayıb.
O, yeni klubunda beş nömrəli futbolkada çıxış edəcək. Almaniya bu transferə görə qarşı tərəfə 15 milyon avro ödəyib.
saytlarin hazirlanmasi