"Bavariya" qapıçısını icarəyə verdi

22:48 - 25 İyul 2023

Almaniyanın "Şturqart" klubu heyətini yeni qapıçı ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Bavariya"dan Aleksander Nübeli rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı qolkiper 2023/2024 mövsümünü icarə əsasında "Ştutqart"ın heyətində keçirəcək.

Qeyd edək ki, "Bavariya" Aleksander Nübeli 2020-ci ilin yayında "Şalke"dən transfer edib. Alman "əlcək sahibi" son mövsümü icarə əsasında "Monako"da keçirib.

Xəbər xətti