Almaniyanın "Bavariya" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Münhen təmsilçisinin yarımmüdafiəçisi Camal Musiala sıradan çıxıb. 20 yaşlı vinger komandanın məşqi zamanı sol ayaq əzələsindən xəsarət alıb.
Almaniya millisinin üzvü 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Bavariya" Camal Musialanı 2019-cu ilin yayında "Çelsi" akademiyasından heyətinə qatıb. Gənc ön xətt oyunçusu Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 127 rəsmi matçda 31 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi