Dünyanın ən gözəl idmançısı seçilən Alisa Şmidt "Mançester Siti"nin hücumçusu Erlinq Haalandla qaçış yarışında gücünü sınamaq istəyir.
Sportal.az xəbər verir ki, alman yüngün atlet yerli mətbuata verdiyi açıqlamada 23 yaşlı forvardı yarışmağa dəvət edib. Alisa qeyd edib ki, 400 metr məsafəyə qaçışda norveçli futbolçunu məhv edər:
"Haalandı 200 metr məsafəyə qaçışda məğlub etmək çox çətindir. Amma 400 metrdə onu məhv edərəm. Haalandla qaçmağı çox istəyərəm. Özümü belə yaxşı futbolçu ilə müqayisə etmək möhtəşəm olar. Haalanda dəvət göndərməyi düşünürəm. Mən belə bir qarşılaşmaya hər zaman hazıram. Hətta ilk dəvətimi buradan edirəm: Erlinq, gəl yarışaq, hansımızın daha sürətli olduğunu öyrənək".
saytlarin hazirlanmasi