PSJ-yə keçmək istəyən hücumçu komandasının məşqinə çıxmadı

16:52 - 30 Avqust 2023

Almaniyanın "Ayntraxt" klubunda Randal Kolo Muani böhranı yaşanır.

Sportal.az xəbər verir ki, PSJ-nin transfer siyahısında olan fransalı hücumçu Frankfurt təmsilçisinin bu gün baş tutan məşqinə çıxmaqdan imtina edib. 24 yaşlı forvard rəhbərlikdən Paris təmsilçisinin təklifini qəbul etməsini tələb edir.

PSJ Kolo Muani üçün 80 milyon avroluq təklif göndərib. Bundesliqa təmsilçisi isə futbolçusu üçün 80+20 milyon avro və PSJ-dən Uqo Ekitikeni tələb edir.

Qeyd edək ki, "Ayntraxt" Randal Kolo Muanini 2022-ci ilin yayında "Nant"dan transfer edib. Fransa millisinin üzvü komandanın heyətində meydana çıxdığı 50 rəsmi matçda 26 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Bundesliqa klubu ilə sözləşməsinin müddəti 2027-ci ilin iyun ayına kimidir.

Xəbər xətti