Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Bayer"də yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, Leverkuzen təmsilçisi Edmond Tapsobanın sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Burkina Faso millisinin üzvü 2028-ci ilin yayına kimi Almaniya klubuna məxsus olacaq.
Qeyd edək ki, "Bayer" Edmond Tapsobanı2020-ci ilin yayında "Vitoria Gimaraeş"dən transfer edib. 24 yaşlı mərkəz müdafiəçisi Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 141 rəsmi matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi