Almaniya millisində ciddi itki: Fransaya qarşı oynamayacaq

20:39 - 7 Sentyabr 2023

Almaniya milli komandasının heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, dördqat dünya çempionlarının yarımmüdafiəçisi Camal Musiala sıradan çıxıb. Bu barədə Almaniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

"Bavariya"nın oyunçusu kürəyində olan ağrılara görə yığmanın düşərgəsinə qoşuşa bilməyib. 20 yaşlı vinger Fransa və Yaponiya ilə keçiriləcək yoldaşlıq oyunlarında iştirak etməyəcək.

Xəbər xətti