Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan "Bayer" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, Leverkuzen təmsilçisi Ceremi Frimponqun sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı sağ cinah müdafiəçisi 2028-ci ilin yayına kimi Bundesliqa klubuna məxsus olacaq.
Qeyd edək ki, "Bayer" Ceremi Frimponqu 2021-ci ilin yayında "Seltik"dən transfer edib. Niderlandlı arxa xətt oyunçusu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 8 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi