Almaniyanın "Bavariya" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Münhen təmsilçisinin müdafiəçisi Dayo Upamekano sıradan çıxıb. 24 yaşlı mərkəz müdafiəçisi Bundesliqada "Frayburq"la matçda zədələnib.
Futbolçu Fransa milli komandasının düşərgəsinə qoşula bilməyib. O, 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Arxa xətt oyunçusu Çempionlar Liqası qrup mərhələsinin üçüncü turunun 24 oktyabr tarixində "Qalatasaray"la keçiriləcək oyununda iştirak etməyəcək.
Qeyd edək ki. Dayo Upamekano cari mövsümdə "Bavariya"nın heyətində 10 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi