Çempionlar Liqası qrup mərhələsinin üçüncü turunda "Qalatasaray"la qarşılaşacaq "Bavariya"da zədəli oyunçuların son durumu bəlli olub.
Sportal.az xəbər verir ki, Münhen təmsilçisinin futbolçuları Matteys de Liqt, Coşua Kimmix, Manuel Noyer, Tarek Muxmann və Erik Maksim Şupo Motinq zədələrini sağaldıb və məşqlərə başlayıb. Baş məşqçi Tomas Tuxen şans versə, onlar İstanbulda oynaya biləcəklər.
Serji Qnabri, Dayo Umapekano və Radael Qerreyronun isə müalicəsi hələ davam edir. Onlar bir müddət komandadan ayrı qalacaqlar.
Qeyd edək ki, "Qalatasaray" - "Bavariya" qarşılaşması 24 oktyabr tarixində Bakı vaxtilə saat 20:45-də baş tutacaq.
saytlarin hazirlanmasi