"Qarabağ"ın rəqibi "Volfsburq"u məğlub etdi - VİDEO

20:14 - 21 Oktyabr 2023

Almaniya Bundesliqasında 8-ci turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Bayer" səfərdə "Volfsburq"un qonağı olub. Qarşılaşma Leverkuzen təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 22-yə yüksəldən "Bayer" liderliyini davam etdirir.

Qeyd edək ki, "Qarabağ" 26 oktyabr tarixində Almaniyada "Bayer"in qonağı olacaq. Qarşılaşma Bakı vaxtilə saat 23:00-da başlayacaq.

Xəbər xətti