Almaniyanın "Bavariya" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Münhen təmsilçisinin futbolçusu Leon Qoretska sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı yarımmüdafiəçi Bundesliqanın 8-ci turunun "Maynts"la matçında (3:1) zədələnib.
Almaniya millisinin üzvü Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"la keçiriləcək hər iki oyunu buraxacaq.
Qeyd edək ki, Serji Qnabri, Dayo Upamenako, Rafael Qerroyro və Nussair Mazrui idə zədə səbəbindən İstanbul təmsilçisinə qarşı oynamayacaq.
saytlarin hazirlanmasi