Almaniyanın "Maynts" klubu Ənvər El Qazi ilə bağlı yekun qərarını verib.
Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisi 28 yaşlı vingerlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat verib. Təcrübəli oyunçunun müqaviləsinə xitam verilib.
Niderlandlı futbolçunun qovulmasının səbəbi sosial şəbəkə hesablarından Fələstin xalqına dəstəyini nümayiş etdirməsidir.
Qeyd edək ki, "Maynts" paylaşımlarına görə Ənvər El Qazini əsas komandadan uzaqlaşdırmışdı. Lakin klub bir neçə gün sonra futbolçunun əfv olunduğunu açıqlamışdı.
saytlarin hazirlanmasi