"Bavariya"nın hücumçusu Harri Keyn yeni rekorda imza atıb.
Sportal.az xəbər verir ki, 30 yaşlı forvard buna Dortmund "Borussiya"sına 4:0 hesabı ilə qalib gəldikləri oyunda het-trik etməklə nail olub.
İngiltərə millisinin üzvü Almaniya Bundesliqasında keçirdiyi 10 oyunda 15 qolla yadda qalıb. Keyn 1963/1964 mövsümündə "Şalke"nin heyətində 10 qarşılaşmada 13 qol vuran Klaus Matişakı geridə qoyub.
saytlarin hazirlanmasi