Paytaxt klubu baş məşqçisini istefaya göndərdi

15:12 - 15 Noyabr 2023

Almaniya Bundesliqasında baş məşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki. "Union Berlin" Urs Fişerlə yollarını ayırıb. Bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

57 yaşlı mütəxəssis uğursuz nəticələrə görə istefaya göndərilib. Komanda Bundesliqada 11 turdan sonta 6 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Qeyd edək ki, Urs Fişer 2018-ci ildə "Union Berlin" II Bundesliqada mübarizə apararkən baş məşqçi təyin olunmuşdu. Berlinlilən onun rəhbərliyi altında Bundesliqaya yüksəlib. Komanda ötən mövsüm isə UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.

Xəbər xətti