Almaniya Bundesliqasında oktyabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Sportal.az xəbər verir ki, başa çatan ayın ən yaxşısı adına "Bavariya"nın hücumçusu Harri Keyn layiq görülüb.
30 yaşlı forvard azarkeşlər arasında keçirilən sorğuda hamını qabaqlayıb. Keyn 48 faiz səs toplayıb. İngiltərəli futbolçu komanda yoldaşları Leroy Sane və Sven Ulrayxı qabaqlayıb.
Qeyd edək ki, Harri Keyn oktyabr ayında ölkə çempionatında meydana çıxdığı 5 matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi