Almaniya millisinin üzvünü istəmirlər: "Özünə klub tap"

14:50 - 17 Noyabr 2023

"Leyptsiq"in hücumçusu Timo Verner komandadan ayrılacaq.

Sportal.az xəbər verir ki, klub rəhbərliyi 27 yaşlı forvardın performansından məmnun deyil. Bundesliqa təmsilçisinin idman direktoru Ruven Şröder bu barədə yerli mətbuata açıqlama verib:

"Vernerə özünə yeni klub tapmasını bildirdik. Ona qarşı açıq və dürüst olduq".

Qeyd edək ki, "Leyptsiq" Timo Verneri ötən ilin yayında "Çelsi"dən transfer edib. Almaniya millisinin üzvü cari mövsümdə komandanın heyətində meydana çıxdığı 13 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti