"Neftçi"nin yarımmüdafiəçisi Qara Qarayev instaqram hesabında paylaşım edib.
Sportal.az xəbər verir ki, o, aktiv futbolçu karyerasını başa vuran Ruslan Abışov haqda yazıb:
"Yolun açıq olsun, Ruslan!
Uzun illəri əhatə edən dostluğumuz var. Həm komanda yoldaşı, həm rəqib olmuşuq. Bu illər ərzində səni tanımaq əla hisslər idi. Həyatın bu anları da var - ağrılı-acılı. İllərdir sevgi ilə bağlandığın işi sənin əlindən alır və heç vaxt geri qaytarmamaq şərti ilə. Sən şəxsiyyət kimi daha çox uğur qazanmısan. Düşünürəm, indi sənin həyatında ən vacib olan nədirsə, onlarla birlikdə olmağını və xoşbəxt sağlam yaşamağını arzuluyuram. Azərbaycan idmanına etdiklərin üçün sənə təşəkkür edirəm!".
Qeyd edək ki, Abışov "Neftçi" və "Zenit" klubları arasında keçirilmiş yoldaşlıq görüşü ilə futbolçu karyerasını rəsmən başa vurub.
saytlarin hazirlanmasi