Mahirin komandasının oyununa AFFA rəsmisi təyinat aldı

16:32 - 20 Noyabr 2023

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

Sportal.az xəbər verir ki, UEFA Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 30-da, Astanada keçiriləcək “Astana” (Qazaxıstan) – "Dinamo" (Zaqreb, Xorvatiya) oyununun UEFA nümayəndəsi Emin Cəfərov olacaq.

Qeyd edək ki, "Dinamo"da Azərbaycan milli komandasının  üzvü Mahir Emreli çıxış edir.

Xəbər xətti