"Trabzonspor"dan ayrılan baş məşqçi Bundesliqa klubunda

17:05 - 26 Noyabr 2023

Almaniyanın "Union Berlin" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisini Nenad Byelitsa çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Byelitsa "Union Berlin"in baş məşqçisi postunda bir neçə gün öncə istefaya göndərilmiş Urs Fişeri əvəz edib.

Xorvatiyalı mütəxəssis son olaraq "Trabzonspor"u çalışdırıb.

Xəbər xətti