"Çelsi" İtaliya çempionundan forvard transfer etməyə hazırlaşır

10:48 - 28 Noyabr 2023

"Çelsi" "Napoli"nin forvardı Viktor Osimheni transfer etməyə yaxındır.

Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, nigeriyalı hücumçunun keçidi bu qış baş tuta bilər.

24 yaşlı futbolçu İtaliya klubunda özünü xoşbəxt hiss etmir və buna görə də "Çelsi"yə keçməyə müsbət yanaşır. 

Osimhen 2020-ci ildə "Lill"dən "Napoli"yə transfer olmuşdu. Forvardın İtaliya çempionu ilə müqaviləsi 2025-ci il iyunun 30-a qədər qüvvədədir. 

Xəbər xətti