"Atletiko"dan "Nyukasl"a

12:49 - 28 Noyabr 2023

“Atletiko”nun yarımmüdafiəçisi Samuel Lino İngiltərəyə yollana bilər.

Sportal.az “Fichajes”ə istinadən xəbər verir ki, Madrid klubunun üzvü “Nyukasl”la danışıq aparır.

23 yaşlı braziliyalı İngiltərədə oynamağa qərar verib və qışda keçidin reallaşacağı gözlənilir.

Futbolçu “San-Bernardu”, “Jil Visente”, “Valensiya”da da oynayıb. 2022-ci ildə “Atletiko”ya keçmiş braziliyalı 2027-ci il iyunun 30-na qədər bu komandaya məxsusdur.

Xəbər xətti