"Qarabağ"ın rəqibi evdə xal itirdi - VİDEO

23:13 - 3 Dekabr 2023

Almaniya Bundesliqasında 13-cü turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Bayer" doğma meydanda Dortmund "Borussiya"sı ilə qarşılaşıb. Matç 1:1 hesablı bərabərliklə başa çatıb.

Xallarını 35-ə yüksəldən "Bayer" ölkə çempionatında liderliyini davam etdirir.

"Bayer" - "Borussiya" 1:1
Qollar:
Viktor Bonifase, 79 - Julian Ryerson, 5

Xəbər xətti