"Hər həftə haqqımda danışırlar"

13:34 - 4 Dekabr 2023

“Barselona”da icarə əsasında çıxış edən “Atletiko”nun (Madrid)  hücumçusu Joao Feliks La Liqanın 15-ci turda iki komanda arasında keçirilmiş və Kataloniya təmsilçisinin 1:0 hesablı qələbəsindən danışıb.

Sportal.az xəbər verir ki, "Marca"ya açıqlama verən portuqaliyalı müqavilə ilə məxsus olduğu komanda ilə problem yaşamadığını söyləyib:

"Hər həftə mənim haqqımda danışırlar. Mən həmişə diqqət mərkəzindəyəm. Amma sakitəm, başqalarının dediklərinə fikir vermirəm. Daha yaxşı oyunçu olmaq üçün çalışıram. Məni yaxşı qəbul edən kluba və komanda yoldaşlarıma köməyə görə təşəkkür edirəm. “Atletiko”dakı bütün keçmiş komanda yoldaşlarımla yaxşı münasibətlərim var. Bilirlər ki, onlarla heç bir problemim yoxdur. Dieqo Simeone ilə yollarımız hələ kəsişməyib".

Xəbər xətti