"Ağdaş" Bakıdan 3 xalla qayıdır - VİDEO

18:39 - 4 Dekabr 2023

Futbol üzrə Azərbaycan II Liqasında XIII turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Şəfa" öz meydanında "Ağdaş"ı qəbul edib. Qarşılaşma bölgə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 15-ə yüksəldən "Ağdaş" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. 4 xalı olan "Şəfa" isə sonuncu yerdədir.

"Şəfa" - "Ağdaş" 1:2
Qollar: 
Sahib Cümşüdov, 26 - Mehman İbadov, 60 (avtoqol), Aqil Mirzəyev, 77

Xəbər xətti