"Bayer"in futbolçusu Florian Virts gələcəyi ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, 20 yaşlı vinger ən azı bir mövsüm Leverluzen təmsilçisində qalacaq. Bu barədə futbolçunun agenti olan atası məlumat verib.
"Bavariya" və "Liverpul"un heyətinə qatmaq istədiyi gənc hücumameyilli yarımmüdafiəçi 2024/2025 mövsümünü "Bayer"də keçirəcək.
Qeyd edək ki, Florian Virts "Bayer"in Avropa Liqası qrup mərhələsinin "Qarabağ"la ilk matçında 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi