"Bavariya" 3 xalı 3 qolla qazandı - VİDEO

11:29 - 13 Yanvar 2024

Almaniya Bundesliqasında 16-cı tura start verilib.

Sportal.az xəbər verir ki, "Bavariya" doğma meydanda "Hoffenhaym"ı qəbul edib. Qarşılaşma Münhen təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 41-ə yüksəldən "Bavariya" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 24 xalı olan "Hoffenhaym" isə 7-ci yerdədir.

"Bavariya" - "Hoffenhaym" 3:0
Qollar:
Camal Musiala, 18, 70, Harri Keyn, 90

Xəbər xətti