Türk futbolçu Almaniyada ən yaxşı seçildi

14:53 - 13 Yanvar 2024

"Borussiya"nın (Dortmund) yarımmüdafiəçisi Emre Can Almaniya millisində 2023-cü ilin ən yaxşı futbolçusu seçilib.

Sportal.az xəbər verir ki, azarkeşlərin 64,6%-i Cana səs verib. Səsvermədə 2-ci yeri Dortmund “Borussiya”sının hücumçusu Niklas Füllkruq (11,7%), 3-cü yeri isə millinin 2022-ci ilin ən yaxşı oyunçusu kimi tanınan “Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala (9,4%) tutub.

Qeyd edək ki, 2023-cü ildə Emre Can Almaniya millisində 6 oyun keçirib.

Xəbər xətti