"Borussiya"nın kapitanı Marko Roys mövsümün sonunda komandadan ayrılacaq.
Sportal.az xəbər verir ki, 34 yaşlı hücumçu iyun ayında başa çatan müqaviləsini yeniləməyəcək. Bu barədə "Bild" nəşri məlumat yayıb.
Qeyd edək ki, "sarı-qaralar" Marko Roysu 2012-ci ilin yayında Münhenqladbax "Borussiya"sından transfer etmişdi. Alman futbolçu komandanın heyətində meydana çıxdığı 410 rəsmi matçda 167 qol və 124 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi