Almaniya milli komandasının və "Borussiya"nın sabiq futbolçusu Erik Durm karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, o, bunu aldığı zədələr və səhhətindəki problemlər səbəbindən etdiyini bildirib.
Qeyd edək ki, 31 yaşlı oyunçu Almaniya millisinin heyətində 7 oyun keçirib. Erik "Borussiya"da 2012-2018-ci illərdə oynayıb. Sağ cinah müdafiəçisi "Haddersfild" və "Kayzerslauten"də də çıxış edib.
saytlarin hazirlanmasi