"Bavariya"nın heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Münhen təmsilçisinin hücumameyilli yarımmüdafiəçisi Kinqsli Koman sıradan çıxıb. Fransalı vinger Almaniya Bundesliqasının 19-cu turunun "Auqsburq"la matçında zədələnib.
27 yaşlı futbolçunun 3-4 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Bu barədə "Bild" nəşri məlumat yayıb.
Qeyd edək ki, Kinqsli Koman bu mövsüm "Bavariya"nın heyətində meydana çıxdığı 24 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi