Əliyar Ağayev Yunanıstan çempionatının mərkəzi oyununu idarə edəcək

20:20 - 9 Fevral 2024

Azərbaycanlı hakim Əliyar Ağayev Yunanıstan Super Liqasının oyununa təyinat alıb.

Sportal.az xəbər verir ki, FIFA referisi PAOK-la AEK arasında keçiriləcək turun mərkəzi matçını idarə edəcək. Bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

Ağayevə yan xətt hakimləri Akif Əmirəli ilə Zeynal Zeynalov kömək edəcək.

Qarşılaşma 11 fevral tarixində Bakı vaxtilə saat 22:00-da baş tutacaq. 21 turdan sonra 50 xal toplayan PAOK çempionatın lideridir. 48 xalı olan AEK isə 2-ci yerdədir.

Xəbər xətti