"Borussiya" 3 xalı 3 qolla qazandı - VİDEO

10:10 - 10 Fevral 2024

Almaniya Bundesliqasında 21-ci tura start verilib.

Sportal.az xəbər verir ki. açılış matçında "Borussiya" doğma meydanda "Frayburq"u qəbul edib. Qarşılaşma Dortmund təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatıb.

Xallarını 40-a yüksəldən "Borussiya" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 28 xalı olan "Frayburq" isə 7-ci yerdədir.

"Borussiya" - "Frayburq" 3:0
Qollar:
Donyell Malen, 16, 45+7, Nikolas Fülkruq, 87

Xəbər xətti