"Bavariya" rəhnərliyi komandanın baş məşqçisi Tomas Tuxellə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Münhen təmsilçisi Bundesliqada "Bayer"ə (0:3) Çempionlar Liqasında isə "Latsio"ya məğlubiyyətə (0:1) baxmayaraq, alman mütəxəssisi istefaya göndərməyəcək. Bu barədə "Sky Sports" məlumat yayıb.
Lakin ölkə çempionatının növbəti turunun "Bohum"la matçı Tuxel üçün həlledici ola bilər. Hər hansı xal itkisi olacağı təqdirdə baş məşqçinin işinə son veriləcək.
Qeyd edək ki, Tomas Tuxel 2023-cü ilin mart ayından "Bavariya"ya rəhbərlik edir. Onun klubla müqaviləsi 2025-ci ilin iyun ayına kimidir.
saytlarin hazirlanmasi