Almaniyanın "Borussiya" klubunun heyətində ciddi tiki baş verib.
Sportal.az xəbər verir ki, Dortmund təmsilçisinin hücumçusu Sebastien Haller sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fil Dişi Sahili millisinin üzvü Afrika Millətlər Kubokunun Nigeriya ilə keçirilən final matçında topuğundan zədə alıb. 29 yaşlı forvardın bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, Sebastien Haller bu mövsüm "Borussiya"nın heyətində meydana çıxdığı 14 rəsmi matçda 2 qol vurub.
saytlarin hazirlanmasi