Almaniyalı əfsanəvi futbolçu Andreas Brehme dünyasını dəyişib.
Sportal.az xəbər verir ki, veteran müdafiəçi 63 yaşında vəfat edib. Onun ölüm səbəbinin infarkt olduğu bildirilir.
Qeyd edək ki, Andreas Brehme karyerası ərzində "Saarbrücken", "Kayzerslautern", "Bavariya", "İnter" və "Saraqosa"da çıxış edib. Sol cinah müdafiəçisi Almaniya millisinin heyətində meydana çıxdığı 86 rəsmi matçda 8 qol vurub. O, DÇ-1990-ın final matçında Bundestimə çempionluğu gətirən penaltini vurub.
saytlarin hazirlanmasi