Almaniyanın "Bavariya" klubu baş məşqçi Tomas Tuxellə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Münhen təmsilçisi mövsümün sonunda alman mütəxəssislə yollarını ayıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tuxellə 2025-cü ilin yayına kimi nəzərdə tutulan müqaviləyə vaxtından əvvəl xitam veriləcək. Tərəflər arasında razılıq əldə olunub.
Baş məşqçi bununla bağlı klubun mətbuat xidmətinə açıqlama verib:
"Biz razılaşdıq ki, bu mövsümdən sonra əməkdaşlığımızı bitirək. O vaxta qədər mən və məşqçi komandam, əlbəttə ki, maksimum uğur qazanmaq üçün əlimizdən gələni etməyə davam edəcəyik".
Qeyd edək ki, Tomes Tuxel 2023-cü ilin mart ayında istefaya göndərilən Yulian Naqelsmannın əvəzinə "Bavariya"nın baş məşqçisi təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında ötən mövsüm Almaniya çempionu olub.
saytlarin hazirlanmasi