"Qarabağ"ın prezidenti Qurban Qurbanovla görüşdü

15:15 - 22 Fevral 2024

"Qarabağ"ın prezidenti Tahir Gözel komandanın Avropa Liqasının pley-off mərhələsinin "Braqa" ilə cavab oyunu öncəsi baş məşqçi Qurban Qurbanovla görüşüb.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tahir Gözel bu gün baş tutacaq görüşdən əvvəl komandaya uğurlar arzulayıb.

Qeyd edək ki, "Qarabağ" - "Braqa" matçına 21:45-də start veriləcək. İlk matçda Azərbaycan çempionu rəqibinə 4:2 qalib gəlib. 

Xəbər xətti