"Fənərbaxça"nın futbolçusu üçün 40 milyon avroluq təklif

17:35 - 22 Fevral 2024

"Fənərbaxça"nın futbolçusu Fred karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçinin xidmətində "Əl-Hilal" maraqlıdır. Bu barədə "Sun" nəşri məlumat yayıb.

Ərəblərin 30 yaşlı orta xətt oyunçusu üçün Türkiyə klubuna 40 milyon avroluq təklif göndərəcəyi bildirilir.

Qeyd edək ki, "Fənərbaxça" Fredi mövsümün əvvəlində "Mançester Yunayted"dən transfer edib. "Sambaçı" İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 6 qol ötürməsi ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

Xəbər xətti