2021-ci ildə Almaniya milli komandasındakı karyerasını bitirən Toni Kroos qərarını dəyişib.
Sportal.az xəbər verir ki, "Real"ın futbolçusu yığmaya qayıdacaq. Bu barədə 34 yaşlı yarımmüdafiəçi özü açıqlama verib.
Ulduz futbolçu mart ayında Almaniya yığmasının keçirəcəyi oyunlarda iştirak edəcək.
Qeyd edək ki, Toni Kroos 2010-2021-ci illər ərzində Bundestimin heyətində keçirdiyi 106 rəsmi matçda 17 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi