"Fənərbaxça"nın futbolçusu üçün rəsmi təklif göndərdilər

11:47 - 24 Fevral 2024

"Fənərbaxça"nın futbolçusu Fredə Səudiyyə Ərəbistanı klublarından təkliflər gəlib.

Sportal.az "Fotomaç"a istinadən xəbər verir ki, braziliyalını heyətində israrla görmək istəyən komandalardan biri "Əl-Hilal"dır.

Ərəblərin 30 yaşlı yarımmüdafiəçiyə görə artıq İstanbul klubuna rəsmi təklif də göndərib.

Belə ki, onlar Fred üçün 40 milyon avro verməyə hazırdır. 

"Fənərbaxça" Fredi mövsümün əvvəlində "Mançester Yunayted"dən heyətinə qatıb. Onun Türkiyə klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

 

Xəbər xətti