Yığmamız Tacikistana da uduzdu

14:47 - 24 Fevral 2024

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Belarusun paytaxtı Minskdə təşkil olunan beynəlxalq turnirdə növbəti matçını keçirib.

Sportal.az xəbər verir ki, yığma komandamız 7-8-ci yerlər uğrunda görüşdə Tacikistanla qarşılaşıb. 

Matç taciklərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

U-17 qrup mərhələsində Rusiyaya (0:1), Belarusa (0:2) və Özbəkistana (0:2) da uduzmuşdu.

Xəbər xətti