"Qarabağ"ın ev oyunlarını keçirdiyi stadionun ot örtüyü dəyişdirilir - FOTOLAR

14:49 - 27 Fevral 2024

Sərhədçi İdman Mərkəzinin futbol meydançası təmirə bağlanıb.

Sportal.az saytına verilən məlumata görə, Sərhədçi stadionun süni ot örtüyü pis vəziyyətə düşdüyündən rəhbərlik köhnəni yenisi ilə əvəzləmək qərarına gəlib.

Bu stadion "Qarabağ"ın aşağı yaş qruplarından ibarət komandalarının ixtiyarına verilib. Belə ki, Ağdam klubunun müxtəlif yaş qruplarının komandaları həm məşqlərini, həm də oyunlarını məhz Sərhədçi İdman Mərkəzinin stadionunda keçirir.

Martın sonuna qədər meydançanın "Qarabağ"ın aşağı yaş qruplarından ibarət komandalarına təhvil veriləcəyi ehtimal edilir. İndi isə komandalar müvəqqəti olaraq "Neftçi"nin keçmiş bazasında məşqlərini yerinə yetirir.

 

Mirbağırağa
 

Xəbər xətti