Polşalılar Məmmədovu tənqid etdi: "Buraxılan 8 qolun 5-də iştirak edib"

10:49 - 28 Fevral 2024

Polşa mətbuatı "LKS Lodz"un qışdakı transferlərindən yazarkən, Rahil Məmmədovun çıxışını da qiymətləndiriblər.

Sportal.az xəbər verir ki, millimizin üzvünün performansı "Łódzki Sport" portalı tərəfindən tənqid edilib:

"Key Tejan yaxşı hücumçudur. Bəzi azarkeşlər ona inanırdı və o da altıncı matçda qol vurur. Bu il "LKS Lodz"un buraxdığı 8 qoldan 5-də isə müdafiəçi Rahil Məmmədov birbaşa iştirak edib.  Hücumçu Hüseyn Baliçə gəlincə, dediyinə görə, bəxti gətirmir. Amma onun daha çox, liqadakı komandaların təklif etdiyi kimi sərt oynamağa hazır olmadığı görünür".

Əlavə edək ki, indiyədək keçirdiyi 21 matçda cəmi 10 xal toplayan və 44 qol buraxan "LKS Lodz" turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. 

Xəbər xətti